29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə məruz qalan şəxslərə müraciət edib

09.02.2022

Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:

"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun "961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur".