09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Arvadını öldürdü, qonşusunu yaraladı

09.02.2022

 Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.

"DM" Trend-ə istinadən xəbər verir ki, bu barədə Yevlax rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Mehdi Atakişi oğlu Qarayev həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qafar qızı Qarayevanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü İldırım Zirəddin oğlu Qarayevə də atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Qarayev saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.