29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir nazir federasiya prezidenti seçildi

09.02.2022

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

"DM" xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.