29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin təqdimatı - CANLI YAYIM

09.02.2022

"Əsasən məqsədimiz müştərilərin qarşılaşdığı problemlərin aradan qaldırılmasıdır. Biz yeni texnologiyalar vasitəsilə müştərilərimizin işini daha da asanlaşdırmağa çalışırıq”.

"Devran Media" xəbər verir ki, bu sözləri Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov Ədliyə Nazirliyi və Paşa Bank tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışı zamnı deyib.

O bildirib ki, bu gün artıq yaşlı nəsil belə rəqəmsal texnologiyalardan istifadə edir: "Bu gün təqdim etdiyimiz video üzərindən notarial əsaslı vətəndaşın tanınması sistemi artıq çox rahatdır. Bu müştərilərin gündəlik əməliyyatlarını həyata keçirməsi prosesini qısaldacaq. Bu texnologiyanı gələcəkdə müxtəlif istiqamətlərdə də sınamağı düşünürük. Vacib məqamlardan biri də bu inteqrasiyaların qısa zamanda həyata keçirilməsidir. Ədliyyə Nazirliyinin əməkdaşlarının köməyi ilə biz bu inteqrasiyanı həyata keçirdik”.