09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail aviasiyası Dəməşqi vurdu: ölü və yaralılar var

09.02.2022

İsrail ordusu bu gün gecə saatlarında Suriyaya aid radar və zenit qurğularını məhv edib.

"DM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyadan atılan zenit raketi İsrail hava məkanında partladıqdan sonra İsrail Müdafiə Qüvvələri Suriyadakı zenit qurğularına hücum edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın radar və zenit qurğularına zərbələr endiriblər”, - məlumatda qeyd olunub.

Suriyanın SANA agentliyinin verdiyi məlumata görə, Dəməşqə endirilən zərbələr nəticəsində Suriya ordusunun 1 hərbçisi ölüb, daha 5 nəfər isə yaralanıb.