29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda NATO-nun təlim kursu keçirilir

08.02.2022

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu.
Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.

Təlim kursu fevralın 11-dək davam edəcək.