29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiyev-Gəncə reysi üzrə uçuşların başlanacağı tarix açıqlanıb

08.02.2022

Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti 25 mart tarixindən etibarən Kiyev-Gəncə-Kiyev reysi üzrə uçuşlara başlayacaq.

"Devran Media" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bir istiqamətə biletin qiyməti 77 ABŞ dollarından başlayır. Sözügedən qiymətə əl yükü də daxildir.

Xatırladaq ki, "Bees Airline" Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. Kiyev-Gəncə marşrutu "Bees Airline" şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu saxlamaq niyyətindədir.