29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Türkiyə arasında 4 peşə ixtisası üzrə təhsil proqramları hazırlanır

08.02.2022

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Türkiyə Peşə Təhsili Baş İdarəsi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında növbəti onlayn görüş keçirilib.

Görüş çərçivəsində imzalanmış protokola uyğun olaraq, 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib.

Belə ki, birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə, Türkiyə təcrübəsinə əsaslanan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb.

Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi gözlənilir.

Qeyd edək ki, sözügedən protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.