09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Fransa Prezidentinin Ukraynaya səfəri başlayıb

08.02.2022

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfərini başa vuraraq Ukraynaya səfərə gəlib.

"Devran Media” yerli KİV-ə istinadən xəbər verir ki, qonaq Kiyev şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Qeyd edək ki, son dəfə Fransa Prezidentinin Ukraynaya səfəri 1998-ci ildə həyata keçirilib.

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə görüşən E.Makronun apardığı danışıqlarda Ukrayna ilə bağlı məsələyə geniş diqqət yetirilib. Bundan əvvəl Fransa lideri Ukraynanın şərqindəki münaqişənin dinc, diplomatik yollarla həll olunmasının vacibliyini söyləyib.