29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının Bəsti Bağırova küçəsi asfaltlanır

08.02.2022

 Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 450 metr təşkil edir.

AAYDA-dan verilən məlumata görə, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız səki daşları sökülərək 1 100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub. Hazırda 8 390 kv.m sahədə yeni piyada səkiləri yaradılır, 6 530 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icar olunur.