27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək

08.02.2022

İşğaldan azad edilən ərazilərdə 5 modul tipli xəstəxana tikiləcək.
"DM" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

Onun sözlərinə görə, artıq Şuşada inşası başa çatan modul tipli xəstəxana istifadəyə verilib: "Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə işləri həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”.