28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tbilisinin ən böyük tikinti materialları bazarında yanğın baş verib

07.02.2022

Gürcüstanın Tbilisi şəhərinin ən böyük bazarı olan "Eliava”da yanğın baş verib.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, artıq yanğınsöndürənlər və xilasedicilərdən ibarət qruplar əraziyə yola düşüb.

İlkin məlumata görə, tikinti materialları anbarı yanır. Ərazidə güclü tüstü yaranıb. Güclü külək vəziyyəti daha da çətinləşdirib.

Ən son məlumata görə, "Eliava” bazarında baş verən yanğın söndürülüb. Bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidmətindən məlumat verilib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: Sputnik Gürcüstan