28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenko: “Ermənistanın çıxış yolu yoxdur”

07.02.2022

 Aleksandr Lukaşenko hesab edir ki, keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya ittifaq dövlətinə qoşula bilər.

67 yaşlı siyasətçi bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun "YouTube”da yayımlanan "Solovyov Live” verilişinə verdiyi eksklüziv müsahibəsində söyləyib.

A.Lukaşenko əlavə edib ki, Belarus artıq bu ümumi "təhlükəsizlik məkanında”dır və Qazaxıstanda "yaxşı dərs” verilib.

O qeyd edib ki, əgər səhvlərə yol verməsə, Ukrayna da 15 il ərzində bu "təhlükəsizlik məkanında” yer ala bilər.

"Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər. Azərbaycan bu dəstədən çıxır, çünki, biz də çox səhvlər etmişik. Bu ayrıca söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Türkiyə vasitəsilə neft və qaz keçir. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə, ilk növbədə, iqtisadi baxımdan qoşulacaqlar”, - deyə Belarus prezidenti bildirib