01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin pilotsuz döyüş təyyarəsi yaradılır

07.02.2022

"Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin ərsəyə gətirilməsi üzərində çalışırıq ”.

Bunu  "TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

S. Bayraktar bildirib ki, hazırda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin həm dizayn, həm də prototipinin hazırlanması prosesi sürətlə davam edir: "Bunlar ağıllı telefonlar kimidir, hər il müəyyən yeniliklər olur. Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin hazır olub, istehsal edilməsi üçün bir neçə il lazım olacaq. Bu təyyarənin ilk uçuşunu 2023-cü ildə həyata keçirməyi hədəfləyirik. Bu, ilk prototip olacaq”.

S. Bayraktar qeyd edib ki, pilotsuz aparatların hər birinin funksiyası fərqlidir və birinin digərindən üstün olduğunu deyə bilmərik: "Bunlar fərqli siniflərə məxsus və fərqli vəzifələr yerinə yetirən texnikalardır. Pilotsuz döyüş təyyarəsi Türkiyənin, Türk millətinin müstəqilliyi üçün mühüm bir amil olacaq. Çünki bütün dünya pilotsuz döyüş təyyarələrinin hazırlanmasına doğru gedir, bütün texnologiyaların hazırda əsas hədəfi budur. Pilotsuz döyüş təyyarəmizi hazırlamaqla bu sahədə azsaylı ölkələrdən biri olacağıq”.