Festival Bakıda ilk ilinə 10 müsabiqə ilə başlayır  
    
                          
     
                         07.02.2022
 
    
                        "Texnofest-2022” festivalı Azərbaycanda ilk ilinə 10 müsabiqə ilə başlayır.
"DM" xəbər verir ki, bunu "Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
"Bu yarışları təşkil etməkdə məqsədimiz bəşəriyyətin sülh və firavanlıq içində yaşamasıdır.
İştirakçılar fevralın 17-dək müsabiqələrə müraciət edə bilərlər”, - Bayraqdar bildirib.
Qeyd edək ki, "Texnofest-2022” festivalı Azərbaycanda 26-29 may tarixlərində keçiriləcək.