Azərbaycan və Ukrayna Baş nazirlərinin telefon danışığı olub  
    
                          
     
                         04.02.2022
 
    
                        Fevralın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.