09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

04.02.2022

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

"Devran Media"-nın məlumatına görə, bu vəzifə Elxan Əzizova həvalə edilib.

Elxan Əzizov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət idarəçiliyi” ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alıb.

O, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC” (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi” kursunu uğurla bitirib.

Nərimanov Rayon İcra Hakimiyyətində əmək fəaliyyətinə başlayan Elxan Əzizov, "Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, RİNN-in Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifələrində çalışıb

Qeyd edək ki, 22 dekabr 2021-ci il tarixində Məlumat Hesablama Mərkəzi "AzInTelecom” MMC-yə birləşdirilməklə "AzInTelecom” MMC yenidən təşkil edilib.