Bayden təslim olmayacaq, ordunu ona görə göndərdi 
    
                          
     
                         04.02.2022
 
    
                         Rusiya ilə qarşıdurma ABŞ-ın daxili siyasətinin mühüm hissəsidir. Məhz buna görə də Co Bayden seçki ərəfəsində (Konqresə seçkilər nəzərdə tutulur – red.) təslim ola bilməz.
"Devran Media" xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
"Buna görə də Vaşinqton gərginliyi uzun müddət aktiv saxlamağa hazırdır. Bunu xüsusilə qoşunların Şərqi Avropaya köçürülməsinə başlanması ilə bağlı bəyanatlar sübut edir”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Şərqi Avropaya ötən gün daha 2 min hərbçi göndərib.