Cəbrayılda dağıdılmış evdə 160 mina tapıldı - Video 
    
                          
     
                         04.02.2022
 
    
                        Cəbrayılda xeyli sayda mina aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.
Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib.