Vəziyyət hər an qaynar fazaya keçə bilər 
    
                          
     
                         03.02.2022
 
    
                        Dünyadakı vəziyyət gözlənilməzdir. Buna görə də təhlükəlidir və hər an qaynar fazaya keçə bilər.
"DM"  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Biz o müharibənin dəhşətlərini yaxşı xatırlayırıq və bu gün dünyada gərginliyin artmasını narahatlıqla izləyirik. Bugünkü vəziyyət ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərini çox xatırladır. Bu, təhlükəlidir və hər an qaynar fazaya keçə bilər. Qanunsuz sanksiyalardan istifadə dünyada sabitliyi pozacaq”, - Lukaşenko bildirib.