07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ermənistanın delimitasiya ilə bağlı təkliflərinə cavab verib

03.02.2022

Delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşmanı müşahidə etmirik.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda macar həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə təkliflərini göndərib: "Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Komissiya öz işinə başlamalıdır. 30 il ərzində torpaqları işğal altında saxlayan bir dövlətin delimitasiya prosesi üçün hər hansı şərt irəli sürməsinə nə mənəvi, nə hüquqi, nə də siyasi haqqı var. Ermənistan tərəfinin bunu tez bir zamanda anlayacağına ümid edirik. Bu, region üçün faydalı olar”.