04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan gəmiləri “Filanovski” neft yatağında

30.08.2018

"Voltar Marine” şirkətinin sifarişi əsasında Xəzərin Rusiya sektorunda yerləşən "Filanovski” neft yatağındakı işlərin ikinci mərhələsinə cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) Xəzər Dəniz Neft Donanmasına məxsus "Yarenqa” yedək-təchizat gəmisi və AXDG ilə "Caspian Marine Services” şirkətinin alyans olaraq istismar etdiyi "Qurban Abasov” kran gəmisi öhdəliklərini uğurla başa vurub.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 600 ton yükqaldırma qabiliyyətinə malik "Qurban Abasov” kran gəmisi yataqda platformanın dayaq blokunun quraşdırılması işlərini, "Yarenqa” yedək-təchizat gəmisi isə lövbər əməliyyatlarını yerinə yetirib.
Bundan əvvəl, yəni layihənin birinci mərhələsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəmiləri ilə ümumilikdə 25 min 957 kubmetr qazma işləri həyata keçirilib. Bu mərhələnin icrasında Gəmiçiliyə məxsus bir torpaqqazan - "Mühəndis Balarza Məmmədov”, üç torpaqdaşıyan - "Bakinskaya-3”,"Bakinskaya-5”, "Bakinskaya-6” və "Yarenqa” təchizat-yedək gəmisi iştirak edib. Layihə zamanı bütün SƏTƏM prosedurlarına riayət olunub və heç bir xoşagəlməz hadisə baş verməyib.
İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirməklə yanaşı, eyni zamanda, əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif tip ixtisaslaşdırılmış gəmilər var. Bu da Gəmiçiliyi göstərdiyi xidmətlərin çoxşaxəliyinə görə dünyada unikal şirkətlər sırasına daxil edir.