02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Ermənistanda prezident seçkilərinin vaxtını açıqladı

03.02.2022

 Ermənistanda prezident seçkiləri martda keçiriləcək.

Bunu baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

"Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, - Nikol Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryana müraciət edərək deyib.

Baş nazir bildirib ki, Xaçatryanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, hakimiyyətdən gələn namizədin prezident seçiləcəyinə inam yaradır.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb.

Hazırda onun səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

Mənbə: Sputnik Ermənistan