02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Şuşa Bəyannaməsini təsdiqlədi

03.02.2022

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

"DevranMedia" xəbər verir ki, fevralın 3-də komissiyanın iclası keçirilib.

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub.

İclasda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib