02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda quyuya atılan 4 yaşlı qızın FOTOsu yayıldı

03.02.2022

Yanvarın 31-də Bakıda öldürülərək quyuya atılan 4 yaşlı qızın fotosu yayılıb.

"DM" qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub: "Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik".

Mərhumun atası bildirib ki, o qızının qonşusunun həyətindəki quyuda basdırıldığından şübhələnib: "Həmin quyunun içindən daşları mən özüm çıxarmışdım. Daha sonra gördüm ki, təzədən içinə atılıb. Onda bildim ki, o quyuda nəsə var".

Cinayəti törətməkdə təqsirli bilinən Mehman Mansurov da hadisə yerinə gətirilib. O hadisəni törətdiyi yeri və 4 yaşlı qızın meyitini atdığı quyunu göstərərək əməlini etiraf edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzər rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb. Məhkəmədə təqdimat təmin edilib və M. Mansurov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.