02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda fars dilinə qarşı kampaniya başladı

03.02.2022

İranda qeyri-fars xalqlar ana dili hüquqlarının pozulmasına qarşı Tvitterdə #Monofarsi həştəqi ilə etiraz kampaniyası başladıb.

Kampaniya iştirakçıları İranın təkdilli sisteminin qeyri-fars xalqlara yaratdığı çətinliklərə etiraz edirlər.

Onlar ana dillərində təhsil ala bilmədikləri üçün əzab çəkdiklərini bildiriblər.

Sosial şəbəkə istifadəçiləri təhsil alarkən farsca danışmağa məcbur olmanın acı nəticələrini, habelə ləhcə ilə danışdıqları üçün üzləşdikləri təhqirləri bölüşüblər.

Kampaniya iştirakçıları "#Monofarsi” həştəqi ilə beynəlxalq konvensiyalarda nəzərdə tutulan dil hüquqlarının pozulmasına və İranın təhsil sistemində onlara qarşı ayrı-seçkiliyə etiraz ediblər.