02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ hücum etdi: bir helikopteri sıradan çıxdı

03.02.2022

ABŞ helikopterləri gecə yarısı Suriya-Türkiyə sərhədindəki Atmeyə enib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Müxalifətin nəzarətində olan İdlibdə keçirilən əməliyyatda ABŞ əsgərlərinin hədəfi Əl-Qaidə terror təşkilatına bağlı qruplar olub. Gecə yarısı başlayan qarşıdurma saatlarla davam edib, partlayış səsləri Türkiyədə də eşidilib.

Atme sakinlərindən biri xeyli insanın öldüyünü, digəri isə çoxmərtəbəli binanın dağıntıları arasında ən azı 12 ölü olduğunu deyib. Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların öldürülüb-öldürülmədiyi hələlik bəlli deyil.

Pentaqon isə az öncə Suriyanın şimalında terrorizmə qarşı uğurlu əməliyyat keçirildiyini açıqlayıb.

***

ABŞ-ın Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı zamanı 9 nəfər həlak olub.

Bu barədə "Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, təxminən üç saat davam edən əməliyyatda ABŞ ordusu seçilmiş hədəflərə beşdən çox hücum təşkil edib. Əməliyyat zamanı Amerika qüvvələrinə məxsus helikopterlərdən biri sıradan çıxıb.

Əməliyyatın məqsədi Əl-Qaidə terror şəbəkəsinin liderlərindən birini ələ keçirmək olub.