Azərbaycan neftinin bu günə olan qiyməti 
    
                          
     
                         03.02.2022
 
    
                         Azərbaycan nefti ucuzlaşıb.
 "Azeri LT CIF” markalı xam neftin qiyməti 1,04 ABŞ dolları və ya 1,15 faiz azalıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 93,65 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.