09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda havada tozun miqdarı bir qədər də artıb

30.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz dumanının daxil olmasıdır. Belə hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.