02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Keçiriləcək tədbirlərlə bağlı Azərbaycanla birgə işləyirik" - BMT rəsmisi

03.02.2022

Biz Azərbaycan və BMT arasında tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlər üzərində Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə işləyirik.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, birinci tədbir martın 2-də, Azərbaycanın BMT-yə üzv olduğun gün, ikinci tədbir oktyabrın 24-də qeyd olunan BMT Günündə keçiriləcək.

V.Andreyeva qeyd edib ki, həmçinin tərəfdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra sərgilər, "dəyirmi masa" müzakirələri təşkil olunacaq.

O əlavə edib ki, tezliklə digər tədbirlərin cədvəli də elan olunacaq.