02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir gənclərin Prezidentlə görüşündən danışdı

02.02.2022

 Bu gün Gənclər gününün təsis olunmasının 25 illiyini qeyd edirik. Bayram çərçivəsində "Gənclər həftəsi" elan olunub. Həftə ərzində müxtəlif tədbirlər keçirilib. Bu gün isə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Forumda Azərbaycanın müxtəlif regionlarından müxtəlif sahələri təmsil edən gənclər iştirak edirlər. Günün ilk yarısında cənab prezident forumda iştirak etdi. Çox maraqlı görüş baş tutdu. Gənclər çox həyəcanlı olsalar da, bu günü çoxdandır gözləyirdilər. Günün ikinci yarısında isə gənclər üçün müxtəlif sahələrdən maraqlı insanları dəvət etmişik. Günün sonunda gənclərlə birlikdə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcəyik. Bütün gəncləri bu gün münasibətilə təbrik edirəm" - deyə nazir qeyd edib.