Taliban üzvləri bu məkanlara silahla girə bilməyəcək  
    
                          
     
                         02.02.2022
 
    
                         Əfqanıstanda Taliban üzvlərinə əyləncə məkanlarına silahla daxil olmaq qadağan edilib.
"DM" xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid Tvitter hesabında yazıb.
"Taliban üzvlərinə silah, hərbi geyim və nəqliyyat vasitələri ilə əyləncə məkanlarına daxil olmaq qadağandır, - Mücahid bildirib.