05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ müharibəsi haqqında çəkiləcək filmlə bağlı açıqlama

02.02.2022

Qarabağla bağlı çəkiləcək film döyüş janrında olacaq.

Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, Qarabağla bağlı döyüş filminin istehsalına bu il başlanılacaq.

"Hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. Əgər bu real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni işin daha mükəmməl olması bir az vaxt tələb edir". məlumatda qeyd olunub.

Qeyd edilib ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.