29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

02.02.2022

Ermənistanın "Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.

"Devran Media" "aysor.am" saytına istinadən xəbər verir ki, "Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.

Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib. Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.

Bu gün axşam ilk İstanbul-İrəvan-İstanbul aviareysi də həyata keçiriləcək.

 Aviareys Türkiyənin "Pegasus” aviaşirkətinin trəfindən həyata keçirilir.

İstanbul-Yerevan marşrutu üzrə reys yerli vaxtla saat 23:35-də Sabiha Gökçen hava limanından baş tutacaq.

Bir nəfərlik Super Ekonom biletin qiyməti 845 türk lirəsi (107 manat), Comfort Flex üçün isə - 1357 türk lirəsi (171 manat) olaraq satışa çıxarılıb.

Şirkətin Yerevan-İstanbul aviareysi isə 3 fevral yerli vaxtla saat 06:30 da baş tutacaq.

Biletlərin minimal qiyməti 1 152 türk lirəsi (146 manat) olaraq müəyyən edilib.