30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

02.02.2022

Fövqəladə Hallar Nazirliyində (FHN) 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

 FHN İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Respublikasının gənclər siyasəti və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyini, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Ulu Öndərin misilsiz rolu olduğu vurğulanıb.

M. İsmayılov Ümummilli liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib: "Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Tam əminliklə deyə bilərik ki, gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan müdrik siyasətdir. Vətənpərvər, sağlam və intelektual gənclik güclü dövlətin təməlidir. Məhz bu nəticə 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi”.

Mehman İsmayılov sonda qeyd edib ki, bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövlətimizin inkişafına öz töhfəsini verməlidir.

Tədbirin sonunda nazirliyin regional mərkəzləri və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərəkən xüsusi fərqlənmiş 48 nəfər gənc əməkdaş FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.