30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kimlərin korona pasportu qüvvədə qalacaq?

02.02.2022

Təbii ki, 2-ci doza vaksin olunma tarixindən 1-5 ay keçmiş şəxslərin vaksin sertifikatı 15 fevraldan sonra hələ də qüvvədə qalmış hesab olunacaq. Onlar rahat şəkildə tələb olunan yerlərdə bu sertifikatlarından istifadə edə biləcəklər.

Bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva fevralın 15-dən etibarsız sayılacaq peyvənd sertifikatları barədə yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, 15 fevral tarixindən etibarən 18 yaşından yuxarı 2 doza peyvənd almış və üzərindən 6 ay keçmiş şəxslərin peyvənd sertifikatı etibarsız hesab olunacaq. Qərar yalnız həmin şəxslərə aiddir:

"3 doza peyvənd olunanlar artıq tam peyvənd olunmuş şəxslər sayılacaqlar. Çünki 2-ci doza vaksindən 4-5 ay sonra artıq immun hüceyrələrinin səviyyəsi və qoruyuculuğu azalmağa başlayır. Buster dozadan istifadə edərək, onların qoruyuculuğunu artırmış oluruq. Bu gün ölkəmizdəki peyvəndlərin tam qoruyucu olduğunu demək üçün peyvəndin 3 doza şəklində qəbulu tövsiyə edilir”.