30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran parlamenti bağlandı

01.02.2022

İran parlamentində fevralın 1 və 2-si baş tutacaq ümumi iclaslar təxirə salınıb.

Bu barədə İslam Şurası Məclisinin Rəyasət Heyətinin sözçüsü bildirib.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, iclasların təxirə salınmasına səbəb olaraq, ölkə parlamentinin 47 üzvünün COVID-19-a yoluxması göstərilib.

Nizam Musəvi bu barədə deyib: "1 və 2 fevral tarixlərində baş tutmalı olan ümumi iclaslar Koronavirusla Mübarizə Qərargahının tövsiyyəsi ilə keçirilməyəcək”.

"Tasnim” ajansının verdiyi məlumata görə, o, sonda əlavə edib: "Ötən günlərdə İran parlamentinin 47 üzvünün, habelə qanunvericilik hakimiyyətinin 30 işçisinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən Rəyasət Heyətinin qərarı ilə iclaslar ləğv edilib”