09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taksilər də uçacaq.

29.08.2018

"Dövran Media” Regnuma istinadən xəbər verir ki, Yaponiya yaxın on il ərzində ucan taksiləri icad etməyə hazırlaşır. Bu barədə Engadget məlumat verir. Yapon hakimiyyət orqanları dünyada uçan taksilərin hazırlanması ilə məşğul olan biznes layihələri birləşdirəcək qrup yaradıb. Xüsusilə, Airbus, Uber və Boeing, Yaponiya Airlines və Toyota konsernləri ilə əməkdaşlıq planlaşdırılır. Qeyd edək ki, şirkətlərin nümayəndələri birgə iş planını müzakirə etmək üçün toplaşacaqlar. Yaponiya hökuməti yeni nəqliyyat növünü tənzimləyəcək qanunlara düzəlişlər etməyi planlaşdırır. Xatırladaq ki, bir müddət əvvəl bəzi şirkətlər uçan nəqliyyatla bağlı konsepsiyalarını təqdim etmişdilər. Onların arasında xüsusilə Airbus, Rolls-Royce, Daimler, eləcə də Larri Peyc Googlenin banilərindən biri Kiti Hawk şirkəti də var.