04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baxçalı-Rusiya və Ukraynanı barışdıracaq güc...

01.02.2022

Gözləntimiz Rusiya ilə Ukrayna arasında sağlam düşüncənin hakim olması, hər iki ölkənin siyasətində sülh və əmin-amanlığın hökm sürməsidir. Diplomatik təmaslar hələ ki, nəticə verməyib.

Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

"Kiyevin gələcəyi regional və qlobal güc mərkəzlərinin ixtiyarına buraxılmamalıdır. Belə başa düşülür ki, ABŞ Avropanı münaqişəyə inandıra bilməyib.

Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşmasına, sülh və barışıq bərqərar olmasına ancaq bu ölkələrlə dostluq münasibətləri olan üçüncü ölkə nail ola bilər. Bu ölkə şübhəsiz Türkiyədir”, - deyə Bağçalı bildirib.