09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo “Valyadolid”in sahibidir.

29.08.2018

"Dövran Media” Regnuma istinadən xəbər verir ki, Brazilya yığmasının keçmiş hücumçusu Ronaldo İspaniyanın "Valyadolid” futbol klubuna sahib olub. Bu barədə yazan "Marca” qəzetinin məlumatına görə, Ronaldo klubun səhmlərini 30 milyon avroya alıb. Beləliklə də o, əsas səhmlər pakletinə sahib olacaq. Xatırladaq ki, İspaniyanın hazırkı mövsüm çempionatında "Valyadolid” iki oyun keçirmişdir. Komanda "Jirona” ilə heç-heçə oynamış, "Barselona”ya isə uduzmuşdur. İndiki vaxtda komanda cəmi bir xal toplamaqla turnir cədvəlində 14-cü yeri tutur. Onu da qeyd edək ki, klub "Barselona” ilə oyunda meydandakı qazonun keyfiyyətsizliyinə görə tənqid olunub.