03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gündən dövlət orqanlarının bütün əməkdaşları azı 2 doza peyvənd olunmalıdır

01.02.2022

 Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olunmalıdır.

Bu, Baş nazir Əli Əsədovun 2021-ci il dekabrın 11-də imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.