03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni terroruna məruz qalan uşaqlardan bəhs edən filmin çəkilişləri başa çatdı

31.01.2022

Ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olaraq seçilən "Müharibə uşaqları” (yeni adı ilə "Böyük qırmızı ev”) filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb.

"Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, hazırda filmin montaj işləri davam edir.

Bədii-sənədli film 2021-ci ildə İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarına həsr olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını akytor və rejissor Namiq Ağayev ifa edir.

Layihə Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.