02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Çin liderini təbrik etdi

31.01.2022

 Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Sizi və Sizin simanızda dost Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Dərin tarixi kökləri olan və xalqınızın zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayır, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamımı ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”.