02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

L.Paseçnik:Ukrayna Donbasla sərhədə ağır silahlar yığır

31.01.2022

 Əslində, "hər şeyi görməyən” ATƏT müşahidəçiləri son bir ayda yüzdən çox minaatan top və özüyeriyən artilleriya qurğularının göndərildiyini müəyyən ediblər.

"Devran Media" xəbər verir ki, bunu separatçı-qondarma "luqansk xalq respublikası"nın başçısı Leonid Paseçnik deyib.

O bildirib ki, ATƏT müşahidəçilərinin Donbasdakı vəziyyəti izləmək üçün hər gün istifadə etdikləri pilotsuz uçuş aparatları uzaqdan göndərilən siqnallar vasitəsilə fəaliyyətsiz hala salınır:

"Kiyevin nəzarətində olan ərazidə elektron müharibə mexanizmləri fəal işləyir. Bütün bunlar onu göstərir ki, Ukrayna qoşunların və texnikanın yerləşdirilməsi prosesini müşahidəçilərdən gizlətməyə çalışır, onların vəziyyəti havadan görməsinə mane olur".

Qeyd edək ki, Türkiyə mediası Ukraynanın Donbasdakı təmas xəttinə 120 min hərbi qüvvə yığdığını yazıb