07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda yeni idman federasiyası yaradıldı

31.01.2022

 Azərbaycanda yeni idman federasiyası yaradılıb.
"DM" xəbər verir ki, bu, Qış İdman Növləri Federasiyasıdır.

Bu barədə Dağ Xizəyi Federasiyasının Nizamnaməsində dəyişiklik edilib. Bu gün yeni federasiyanın prezidenti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib. Qurumun mətbuat xidmətinin rəhbəri isə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov seçilib.

Yeni federasiya dağ xizəyi, snoubordinq, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq.

Xatırladaq ki, daha əvvəl Azərbaycanda Qış İdman Növləri Federasiyası mövcud olub. Həmin quruma məşhur iş adamı İsgəndər Xəlilov, Dağ Xizəyi Federasiyasına isə onun oğlu Rauf Xəlilov başçılıq edib.