25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirdi

28.01.2022

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

"DM" xəbər verir ki videoformatda keçirilən görüş zamanı Baş direktor Ruslan Əliyev Gəncə şəhəri, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Göygöl rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar.

Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.