05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətən müharibəsi qazisinə ağır itki üz verdi

28.01.2022

Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib.

Bu barədə  Amin Musayev özü məlumat verib. Belə ki, Vətən müharibəsi qazisinin babası Sadıqov Məmməd Məhəmmədhüseyn oğlu ötən gün 78 yaşında vəfat edib.

Qazimiz babasının vəfatından kədərləndiyini qeyd edib:

"Həyatimda ən dəyər verdiyim insan, mənə atalıq edən insanı itirdim. Mənim atam uşaq yaşlarımda vəfat edib. Anamın atası məni öz övladı kimi böyüdüb, tərbiyə verib. Onun mənim üzərimdə haqqı böyük olub. Bir müddət əvvəl insult keçirmişdi, ondan sonra bütün müalicələrə rəğmən özünü toplaya bilmədi. Təəssüf ki, onu ötən gün itirdim. Vəsiyyətinə uyğun olaraq Ağstafada torpağa tapşırdıq”.