06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ukraynadan torpaq sahəsi götürdü

28.01.2022

 Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı bu ölkədən qidalıq taxıl istehsalı üçün 50.000 hektar civarında torpaq sahəsinin icarəyə götürülməsi razılaşdırlıb.

Bu sözləri millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, qida təhlükəsizliyi ilə bağlı atılan bu mühüm addım nəticəsində Azərbaycan qidalıq buğda ilə özü-özünü əhəmiyyətli dərəcədə təmin etməyi hədəfləyir:

"Ukrayna torpağı bərəkətlidir və orada bir hektardan daha keyfiyyətli və yüksək məhsuldarlıqla buğda götürmək mümkündür. Həmin icarəyə götürülən torpaqda əkin işlərini Azərbaycan şirkətləri həyata keçirəcək, istehsal olunan buğda isə ölkəmizə gətiriləcək”.

Millət vəkilinin sözlərinə görə, yaxın günlərdə bununla bağlı xırdalıqlar işlənib hazırlanacaq