09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Türkiyəyə məsləhət verir

28.08.2018

ABŞ Türkiyəyə Rusiya S-400-lərini almağı məsləhət görmür və eyni zamanda, etiraf edir ki, bu qərar ölkənin suveren hüququdur.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, bunu çərşənbə axşamı günü Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Pentaqonda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Türkiyə müstəqil qərarlar qəbul edə bilər: "Amma aydındır ki, NATO-ya üzv ölkə olan Türkiyə tərəfindən Rusiyanın raket əleyhinə sistemlərinin alınması bizi narahat edir və bunu ona məsləhət görmürük”.
Xatırladaq ki, Türkiyə və Rusiya ötən ilin dekabrında S-400 zenit-raket kompleksləri (ZRK) üzrə kredit sazişi imzalayıblar. Ankara iki ZRK batareyası alacaq. Tərəflər, həmçinin S-400-lərin Türkiyədə istehsalına dair texniki əməkdaşlıq haqqında razılığa gəliblər. ABŞ və NATO nümayəndələri bu sövdələşməyə görə Türkiyəni dəfələrlə tənqid ediblər.