18 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN Holokostla bağlı paylaşım etdi

27.01.2022

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

"Devran Media"-nın məlumatına görə, bu barədə XİN-in "Twitter” hesabında məlumat verilib.

"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”, - deyə paylaşımda bildirilib.

BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.